IQNA

Kazanda görmə problemi olan müsəlmanlar üçün məsciddə“bril” çapxanası açıldı

9:10 - March 03, 2014
Xəbər sayı: 1382121
Beynəlxalq qrup: Kazan məscidində “Bril” çapxanası Rusiya və region ölkələrində görmə problemi olan müsəlmanlar üçün İslami kitablar çap etmək məqsədi ilə işə başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “islam.ru” informasiya saytına istinadən verdiyi xəbərə görə Kazan məscidində “Bril” çapxanası Rusiya və region ölkələrində görmə problemi olan müsəlmanlar üçün İslami kitablar çap etmək məqsədi ilə işə başladı.
Xəbərdə deyilir ki, bu çapxana görmə problem olanlara keyfiyyətli “bril” kitabları çap etmək üçün ən yeni çap avadanlıqları ilə təchiz olunmuşdur. Çapxananın hədəfi görmə problem olan müsəlmanların kitaba olan ehtiyaclarını təmin etməkdir.
Bu çapxana azad şəkildə Rusiya müsəlmanları üçün dini kitablar çap edəcəkdir.
Robert Minyulin – Tatarıstanın Dövlət Şurasının rəis müavini, deyib: Bu çapxananın təsisi tarixi bir hadisədir. Və Kazan məscidinin bu addımı başqaları üçün də bir örnəkdir.
Görmə problemi olan müsəlmanların problemlərindən biri də onların asan şəkildə oxumaq istədikləri dini kitabları əldə etməsidir ki, bu çapxanın təsisi bu problemin həllində əsaslı rol oynayacaqdır.

1381936

captcha