
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "francetvinfo" saytına istinadən xəbər verir ki, Fələstinin işğalının əleyhinə olan və əsgərliyə getmək istəməyən 50 nəfər israilli cavan Sionist rejimin baş naziri Binyamin Netanyahuya açıq məktub yazaraq bildiriblər ki, Fələstin torpaqlarının İsrail rejiminin silahlı qüvvələri tərəfindən işğal olunmasına və bu işğalın davam etdirilməsinə etiraz əlaməti olaraq əsgərliyə getmirik.
Bu məktubda deyilir: Bizim əsgərliyə getməməyimizin əsas dəlili Fələstin torpaqlarının İsrail rejiminin silahlı qüvvələri tərəfindən işğal olunması və bu işğalın davam etdirilməsidir.
İsrailin solçu dəstələrinə məxsus "Sülh Təşkilatı"nın "Facebook" səhifəsində yayılan bu məktubu imzalayanlar vurğulayıblar ki, Fələstinin qərb sahillərində insan hüquqları tapdalanır, qanunsuz qəsəbələr salınır, insanlar qanunsuz olaraq həbs ilə cəzalandırılır. Bu kimi və fələstinlilərin su, işıq və digrə kommunal xidmələrdən məhrum edilməsi kimi məsələlər bizim əsgərlikdən imtina etməyimizə əsas dəlildir.