İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Müqəddəs Qum şəhərindən verdiyi xəbərə görə Şiələrin böyük mərcə təqlidlərindən olan Ayətullah əl-uzma Safi Gülpayiqani müqəddəs Məşhəd şəhərində keçirilən “Sınmış inci” əzadarlıq mərasiminə ismarıc ünvanlayıb. İsmarıcda deyilir:
“Bismillahir-rəhmanirrəhim. Əllahummə səlli əla Muhəmməd və Əhli-Beytihi (ə) və səlli ələl Bətul ət-Tahirətis-Siddiqətil-Məsuməti-Təqiyyətin-Nəqiyyətir-Rəziyyətil-Mərziyyətil-Məzlumətil-Məqhurə, əl-məğsubəti həqqiha, əl-məmnuəti irsiha, əl-məksurəti zil`iha, əl-məzlumi bə`liha, əl-məqtuli vələdiha, Fatimətu binti Rəsulik və biz`əti ləhmihi, həbibətil-Müstəfa, və qərinətil-Mürtəza, və əla əbiha və bə`liha və bəniha.
Bu əzəmətli məclisdə iştirak edən və Fatimənin (ə) nurani qapısına xidmət etmək şərəfinə nail olmuş əzizlərə hörmətlə
Həzrət Siddiqeyi Tahirə Fatimeyi Zəhra (s) həqiqətdə öz atası Həzrət Peyğəmbər (s) kimidir və Əhli-beytin (ə) yanında xüsusi məqamı var. Belə ki, bütün İmamlar (ə) onun varlığı ilə fəxr edirlər. O müqəddəs varlıq bütün Əhli-beyt (ə) üçün hüccətdir. Yəni özlərinin haqlı olması, qəsbkarların və zalımların qüvvədən düşməsi üçün o xanımın vücudu irəli sürülür. Bütün Əhli-beyt (ə) hüccətdir, lakin Həzrət Zəhranın (s) bu cəhətlərdən hüccət olması hər kəsdən çoxdur.
O, iffəf, ismət və kəramətdə İslamın ilk qadınıdır və onun varlığı bir ülgüdür.
O Xanımın (ə) fəzilətləri çoxdur. Məsələn bu məşhur hədisdə ki, Həzrət (s) buyurur: “Allah-Taala Fatimənin qəzəbi ilə qəzəblənir, razılığı ilə razı qalır”- imamət və vilayət barəsində çox məsələlərə aydınlıq gətirir.
Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: “ya Fatimə sənə müjdə verirəm ki, Mehdi (ə.f) səndəndir!”.
Önəmli məsələlərdən biri Fatimiyyə günlərinin hörmətini saxlamaqdır.
Fatimənin (ə) vəzifələri, təqvası, ibadəti, elmi və hikməti gərək həmişə belə proqramların içində olsun. Bu vəzifələr çıxışlarda, yazılarda və münasib olan hər fürsətdə açıqlanmalıdır.
Fatimiyyə günlərində o Həzrətin (ə) ilahi şəxsiyyətinə ehtiram qoyumaq vacibdir.
O Həzrətin (ə) sözləri bütün qadınların və hətta kişilərin də həyat nümunəsi olmalıdır. Fatimiyyə günləri bir tarixdir. Fatimiyyə günlərini qeyd etmək zalımlara qarşı fəryaddır. Fatimiyyə günləri - yəni cihad. Fatimiyyə günləri - yəni Həzrət Mehdinin (ə) ilahi höküməti günü. Həmçinin Fatimiyyə günləri aşuradır, qədr gecəsidir. Qədr gecəsi və Fatimiyyə günləri - yəni haqqın batilə qalib gəldiyi gün.
Fatimənin (ə) əzadar heyətinə salam və Allahın rəhməti olsun!”.
Lütfüllah Safi
12 Cəmadil-ula, 1435 hq.