İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “katibin” xəbər saytına istinadən verdiyi xəbərə görə İslami örtük olan hicabın Fransanın təhsil ocaqlarında və ümumi və dövlət mərkəzlərində qadağası qanunu layihəsinin qəbul olunmasının on illiyi ilə bağlı keçirilən sorğulardan bəlli oldu ki, hər on fransalı müsəlman ailəsindən səkkizi bu ölkədə ümumi və dövlət müəssisələrində hicabın qadağan olunduğu üçün öz qız övladlarını xüsusi təhsil müəssisələrinə göndərirlər. Buna imkanı çatmayanlar isə övladlarını təhsilini ümumi təhsil mərkəzlərində təhsil almağa göndərmirlər. Nəticə də isə hicab qadağası müsəlman qadınların təhsilinə maneə yaratmış olur.
Xüsusi müəssisələrin xərclərinin ağır olduğunu deyən ailələr bildiriblər ki, xüsusi təhsil ocaqlarında övladlarını oxutdura bilməsələr də, dövlət təhsil mərkəzlərində hicab qadğası götürülməzsə övladlarına bu cür mərkəzlərdə təhsilini davam elətditməyə icazə verməyəcəklər.
İnternetdə keçirlən sorğuların nəticələrinə görə iştirak edənlərin 53 faizi bildiriblər ki, övladlarını ya xüsusi təhsil ocaqlarında və ya da xaricdə təhsilə göndərəcəklər.
İştirakçıların 27 faizi də bildirib ki, xüsusi məktəblərdə oxutdurmağa gücləri çatmadığı üçün övladlarını virtual təhsil sistemi vasitəsilə oxutduracaqlar.