IQNA

Ərəbistanda Quranı təhqir edən mülhid cavan həbs edildi

10:23 - April 21, 2014
Xəbər sayı: 1397879
Beynəlxalq qrup: Ərəbistanda Quran-Kərimə və Allah-Taalanın Müqəddəs Zatına hörmətsizlik edən mülhid cavan bu ölkənin "əl-əmru bil-məruf vən-nəhyu ənil-münkər" heyəti - (dini polis) - tərəfindən həbs edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BƏƏ-nin "əl-bəyan" qəzetinə istinadən verdiyi xəbərə görə Ərəbistanda Dinin əsaslarına, səhabələrə, Quran-Kəriməvə Allah-Taalanın Müqəddəs Zatına hörmətsizlik edən Səudiyyəli mülhid cavan bu ölkənin "əl-əmru bil-məruf vən-nəhyu ənil-münkər" heyəti - (dini polis) - tərəfindən həbs edildi.
Səudiyyə Ərəbistanın "əl-qeysumə" regionundan olan bu mülhid cavanın 30 yaşı var. O, sosial şəbəkələrdə özü tərəfindən dinin əsaslarına, səhabələrə, Quran-Kərimə və Allah-Taalanın Müqəddəs Zatına hörmətsizlik edən bir video paylaşmışdı.
Ərəbistanın "Həfrul-batin" regionunun "əl-əmru bil-məruf vən-nəhyu ənil-münkər" heyəti - (dini polis) – tərəfindən yayılan xəbərə görə bu mülhid cavan üç ay bundan öncədən izlənilmiş və təqiblərdən sonra onu həbs edə bilmişlər.
Xəbərə görə bu cavan xarici qruplaşmalar tərəfindən maddi vəsaitlə təmin olunurmuş ki, İslam dinini aşağılayan materialları sosial şəbəkələrdə paylaşsın.

1397441

captcha