IQNA

Fransalı məşqçi İslam müsəlman oldu

8:49 - April 29, 2014
Xəbər sayı: 1400904
Beynəlxalq qrup: Əlcəzairin "əl-iğvat" futbol komandasının məşhur fransalı məşqçisi Fransua Brakli müqəddəs İslam dinini qəbul edərək müsəlman oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "reflexiondz" internet xəbər saytına istinadən verdiyi xəbərə görə Əlcəzairin "əl-iğvat" futbol komandasının məşhur fransalı məşqçisi və Fransanın milli komandasının sabiq üzvi Fransua Brakli 2014-cü il Aprel ayının 27-də müqəddəs İslam dinini qəbul edərək müsəlman oldu.
Əlcəzair kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə görə Əlcəzairin "əl-iğvat" futbol komandasının məşhur fransalı məşqçisi və Fransanın milli komandasının sabiq üzvi Fransua Brakli 2003-cü ildən başlayaraq MərakeşŞ Tunis və Əlcəzair kimi İslam ölkələrində futbol komandalarının məşqçisi olmuşdur. O, bu illər ərzində müsəlmanlarla yaxından tanış olmuş və İslam maarifi barəsində çoxlu mütaliələr etdikdən sonra İslam dinini qəbul etmişdir.
Fransalı məşqçi Əl-İğvat şəhərinin "İmam Hüseyn (ə)" məscidində hazır olaraq İslam dinini qəbul etdiyini rəsmi elan etdi. Bunun ardınca Əlcəzairin böyük məscidi bəyaniyyə yayaraq bu məşqçinin iştirakı ilə mərasim keçirməyə hazır olduğunu elan etdi.
Bundan öncə də Əlcəzairin "əş-şəbab" futbol komandasının məsihi məşqçisi "Kəsər Əl-Hiran" İslam dinini qəbul etmişdi.

1400489

captcha