İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) Mərkəzi Asiya şöbəsinin verdiyi xəbərə görə Müqəddəs Qum şəhərində Azərbaycan Hicab Məhbuslarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.
İclasda komitəs sədri çıxış edərək İmam Musa Kazimin (ə) şəhadəti il dönümünü önə çəkərək (25 may) şəhadət günündən başlayaraq iyun ayının 3-dək "İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü@ kimi qeyd olunmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və komitə rəhbərliyi, fəalların, tələbələrin yekdil razılığı ilə qəbul edilib. Komitə iclasının gedişində bəyanat hazırlanıb və bu bəyanatla islamçı məhbuslardan dolayı narahatlığı davam edən Azərbaycan dini cameəsinə müraciət edilib.
İclası giriş sözü ilə açan komitənin sədr müavini, Əhli-Beyt (ə) səmasının 7-ci parlaq ulduzu İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə Əsrin İmamı (əc), Cənab Rəhbər, dünya müsəlmanlarına və ədalətsevər insanlara başsağlığı verib. İmam Sadiqin (ə) əziz oğlu İmam Kazimi (ə) Əbu-İbrahim adı ilə də çağırıblar.
Komitə üzvəri "İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü" dini cameədə dirçəliş, oyanış günləri kimi qiymətləndirərək, həmin ongünlükdə ölkə daxilində və xaricdə Azərbaycanın islamçı məhbusları, vicdan məhbusları, siyasi məhbuslarının xatırlanması istəyiblər.
Bəyanatda həmin tədbirlərin uzun müddətə azadlıqdan məhrum edilmiş Azərbaycan oğulları üçün bir təsəlli olacağını və cəmiyyəti durğunluqdan qurtaracağını bildiriblər.