IQNA

Günəş batmayan şəhərlərdə Oruc tutmaq

12:39 - June 30, 2014
Xəbər sayı: 1424179
Beynəlxalq qrup: İsveç respublikasının şimali regionlarının sakinləri ilin bu fəslində ki, Günəş həmişə göyün üzündə şəfəq saçmaqdadır, Oruc tutmaq üçün ciddi problmelərlə üzbəüzdürlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" xəbər saytına istinadən verdiyi xəbərə görə İsveç respublikasının şimali regionlarının Krona kimi şəhərlərində sakinlər ilin bu fəslində ki, Günəş həmişə göyün üzündə şəfəq saçmaqdadır və qürub etmir, Oruc tutmaq üçün ciddi problmelərlə üzbəüzdürlər. Bu regionda yaşayan müsəlmanlar oruc tutmaq, imsak və iftar zamanını təyin etmək üçün dini qrumlar və müctəhidlərin əsaslı köməklərinə ehtiyaclıdırlar.
İsveçdə yaşayan müsəlmanların bu problemlərinin həlli üçün Avropanın Tədqiqat və Fətva Şurası bir sıra göstərişlər vermişlər.
Bu göstərişə əsasən Krona kimi şəhərlərin sakinləri İsveçin paytaxtı "Stockholm"un şəri vaxtına əməl edə bilərlər. Onlar bununla həm imsak və həm də iftar üçün fürsət əldə edə bilərlər.
Bu məsələdə deyilir ki, günəş batmayan şimali şəhərlərin əhalisi ölkənin onlara yaxın və günəşin qürub etdiyi cənub şəhərlərinin şəri vaxtından istifadə edə bilərlər.
İsveçin İslami Birliyinin üzvərindən olan Məhəmməd Xələfi bu barədə deyib: Keçmişdə İsveçdə müsəlmanların sayı bir o qədər də çox deyildi və bu cür poblemlər də qabarıq görsənmirdi. Amma son illərdə müsəlmanların sayının çoxalması bu məsələ ciddi problemə çevirilib. Halhazırda "Stockholm"un şəri vaxtı ilə günün uzunluğu 18 saat və 31 dəqiqədir. Bu barədəki prbolemi nəzərə alaraq təklif etdik ki, günəş batmayan regionların sakinləri paytaxtın şəri vaxtına uyğun hərəkət etsinlər.

1423509

captcha