İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İraq İnformasiya Agentliyi"nin xəbər saytına istinadən verdiyi xəbərə görə iyun ayının 28-də İŞİD özünün yeni cinayətində Mosulun Həzrət Yunis peyğəmbər (ə) məscidinə hücum edərək məscidin İmam Camaatı Şeyx Əbdüs-Səlam Muhəmmədi məscidi onlara təhvil vermək istəmədiyi və Məsihilərin Neynəvadan çıxarılması ilə müxalifət etdiyi üçün öldürmüş və məscidi zorla işğal etmişdir. Hadisə zöhr namazı vaxtı baş vermişdir. Bu barədə Mosulun Əyanlar Ali Məclisinin üzvi Şeyx İbrahim Tai xəbər verib.
Həmçinin Samirrada polis postuna edilən intiharçı bir terror aktında İraqın 5 polisi canını itirmişdir. Bu barədə "əl-məyadin" xəbər kanalı xəbər verərək bildirmişdir ki, Səlahəddin əyalətinin Samirra şəhərində polis potuna edilən intiharçı terror aktında 5 polis nəfəri öldürülmüş və 10 nəfər yaralanmışdır.