IQNA

Şiələrin Təqlid Mərcəsi "fitrə zəkatı"nın miqdarını elan etdi

9:21 - July 26, 2014
Xəbər sayı: 1433261
Dini Elmi Hövzələr qrupu: Şiələrin tanınmış təqlid mərcələrindən olan Ayətullah-Üzma Nasir Məkarim Şirazi bu ilin mübarək Ramazan ayı üçün "fitrə zəkatı" və kəffarənin miqdarını açıqlayıb.


 



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) müqəddəs Qum şəhərindən verdiyi xəbərə görə Şiələrin tanınmış təqlid mərcələrindən olan Ayətullah-Üzma Nasir Məkarim Şirazi bu ilin (2014) mübarək Ramazan ayı üçün "fitrə zəkatı" və üzrlü ya üzrsüz səbəbdən Oruc tuta bilməyənlərin "kəffarə"sinin miqdarını açıqlayıb.


Şiələrin təqlid mərcəsi həzrət Ayətullah-Üzma Nasir Məkarim Şirazinin fətvasına əsasən bu il (2014) mübarək Ramazan ayının "fitrə zəkatı" və "kəffarə"si aşağıdakı kimi ödənməlidir:


Fitrə və Kəffarənin bu il üçün miqdarı:


1. Üzrlü səbəbdən Oruc tuta bilməyənlərin kəffarəsinin miqdarı hər gün üçün İran bazaarında buğdanın qiyməti əsasında 1500 tüməndir ki, bu məbləğ İranda 3 ədəd təndir çörəyi edir - (3 nəfərlik ailənin bir günlük çörəyi).


2. Heç bir üzrü olmadan Orucunu yeyənin hər gün üçün kəffarəsinin miqdarı 90 000 tümən edir ki, bu məbləğə İranda 90 kq. dəyirman unu və 60 kq. şirniyat və bulku unu (əla növ ağ un) almaq olar.


3. Fitrə zəkatının bu ikli miqdarı İran pulu ilə 4500 tümən ki, İranda bu məbləğə "bərbəri" adlanan 9 ədəd təndir çörəyi almaq olar - (3 nəfərlik ailənin 3 günlük çörəyi).


Qeyd: Ayətullah-Üzma Nasir Məkarim Şirazinin "izahlə şəriət məsələləri" risaləsinin 1492-ci məsələsində yazılır: "Fitrə zəkatı" fitr bayramı gecəsindən öncə aqil, baliğ və imkanlı olan hər bir şəxsə vacibdir. Yəni özü və çörəkyeyəni olan hər bir kəsin fitrə zəkatını verməlidir. Fitrə zəkatı hər nəfər üçün həmin regionun gündəlik xörəyi sayılan ruzilərdən 3 kq. olmalıdır. Bu, buğda, xurma, düyü, qarğıdalı, arpa və bunlara oxşar bitkilərdən ola bilər. Əgər bu sadalanan gündəlik ruzilərdən birinin pulunu versələr də, olar.


Qeyd-2: Ayətullah-Üzma Nasir Məkarim Şirazinin fətvasına əsasən təkcə bayram gecəsi qonaq olanın fitrəsi öz öhdəsinədir (ev sahibinin çörək yeyəni sayılmır) və ev sahibinə bir şey vacib deyil.

Teqlər: zəkat ، fitrə ، kəffarə ، məkarim ، Şirazi
captcha