
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əs-suməriyyə nyuz" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ban Gi Mun – BMT-nin Baş Katibi, iyul ayının 24-də şiələrin ali məqamlı təqldi mərcəsi həzrət Ayətullah-Üzma Seyid Əli Sistani cənabları ilə İraqın Nəcəf-Əşrəf şəhərində görüşərək danışıqlar apardı.
Bu xəbərə görə İraqın indiki təhlükəsizliyi və siyasi vəziyyəti tərəflər arasında əsas müzakirə obyekti olub.
Ban Gi Mun – BMT-nin Baş Katibi, bu görüşdə İraq dövlətinin ölkədə sabitliyi bərpa etməsi üçün göstərdiyi səyləri himayə etdiyini deyib.
İraqdan gələn başqa bir xəbər budur ki, İŞİD-ə bağlı terrorist ünsürlər son cinayətlərində Mosulun şərqində yerləşən Həzrət Daniyal peyğəmbərin (ə) qəbrini bomba qoyaraq partladıblar.
Bu barədə "Ümmü Rəbiiyyin" məntəqəsinin müdafiə şurasının rəisi Zühər Əl-Cələbi xəbər verib.
O həmçinin bildirib ki, İŞİD-çilər hər gün insanları oğurlayır və qarşılığında pul tələb edirlər.
Bu arada "əl-aləm" peyk kanalının verdiyi xəbərə görə İŞİD-ə balğı terrorist ünsürlər son cinayətlərində Mosulun şərqində yerləşən Həzrət Yunis peyğəmbərin də (ə) qəbrini bomba qoyaraq partladıblar.
İŞİD-ə balğı terrorist ünsürlərin bu cinayətlərindən yayılmış görüntülərdən duyulur ki, cinayətkarlar bu müqəddəs məkanı partlatmaq üçün çoxlu miqdarda partladıcıdan istifadə ediblər.
İŞİD-çilər Yunis və Daniyal (ə) peyğəmbərin qəbrindən başq bir-neçə ziyarətgah və Hüseyniyyəni də Mosul şəhərində yerlə bir ediblər.