IQNA

Britaniyada Quran-Kərimin hifzi üzrə yarışlar keçiriləcək

20:33 - August 12, 2014
Xəbər sayı: 1438790
Beynəlxalq qrup: Gələn ay britaniyalı cavanlar arasında Quran-Kərimin hifzi üzrə yarışlar keçiriləcəkdir. Yarışlar 22 yaşdan aşağı cavanlar və yeniyetmələr arasında olacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Quranfocus" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə cari ilin sentyabr ayının 7-də, həftənin bazar günü britaniyalı müsəlman cavanlar arasında Quran-Kərimin hifzi üzrə yarışların 19-cu turu keçiriləcəkdir. Yarışlar 22 yaşdan aşağı cavanlar və yeniyetmələr arasında olacaqdır.



Yarışlara Britaniyanın İslami müəssisəsi "Elber" evsahibliyi edəcəkdir. Yarışlar hər il 22 yaşdan aşağı cavanlar və yeniyetmələr arasında cavanların Quranla daha yaxın tanışlığı və Qurana həvəsləndirmə məqsədi ilə keçirilir.



Bu yarışların qaliblərinə hər nəfər üçün 500-dən 5000 poundadək mükafat və şəhadətnamə nəzərdə tutulmuşdur.



  1438070   

Teqlər: quran ، hifz ، britaniya ، müsabiqə ، yarış
captcha