
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Misirin Baş Müftisi Şövqi İbrahim Əbdülkərim həftənin ikinci günü, sentyabr ayının 2-də bəyaniyyə yayaraq Misirin Sina əyalətinin şimalında "şeyx züveyd" regionunda 13 nəfər polisin və təhlükəsizlik əməkdaşlarının şəhid olması ilə nəticələnən terror aktını kəskin şəkildə psiləyərək, terrorizimi himayə etməyin və terroristlərin əməllərinin üzərəinə dini örtük çəkməyin şər`ən haram olduğunu vurğulayıb.
Şövqi İbrahim deyib: "Misirdə ölkənin təhlükəsizliyini və sabitliyini pozan, zəiflədən və fəsada sürükləyən bütün terrorist ünsürlərlə ciddi şəkildə və tam qüdrət və qətiyyətlə mübarizə aparılmalıdır".
Müfti vurğuladı: "Zalim terroristləri gizləmək, hər hansı bir vasitə ilə onları himayə etmək şəri baxımdan harmadır və belə bir işi görəcək hər kəs üçün ağır cəza, yer üzündə fəsad günahı yazılacaq və o kəs terroristlərin əməlində şərikdir".
Qeyd edək ki, Sina əyalətinin Şeyx Züveyd regionunda bu hadisə baş verən zamanı 13 nəfər polis və təhlükəsizlik əməkdaşları şəhid olmuşdur.