IQNA

Çində İslam mədəniyyətini məhv etmək üçün nikah hədiyyəsi

22:47 - September 05, 2014
Xəbər sayı: 1446828
Beynəlxalq qrup: Çin dövləti ikisindən biri müsəlman olan və yeni evlənmək istəyən cütlüklərə nəqd pul və qeyri-nəqd şəkildə maddi yardım və nikah hədiyyəsi verir ki, tədricən İslam mədəniyyətini bu ölkədən yığışdırsın.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "The Guardian" qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Çin dövləti müsəlmanlar yaşayan "Sin Kiyanq" regionunda ikisindən biri müsəlman olan və yeni evlənmək istəyən cütlüklərə beş il müddətində hər il üçün 10 min yuan (təqribən 1200 manat) nəqd pul və qeyri-nəqd şəkildə məskən, sığorta, dərman yardımları, təlim köməkləri və s... maddi yardım və nikah hədiyyəsi verir ki, tədricən İslam mədəniyyətini bu ölkədən yığışdırsın.



Çin rəsmiləri elan ediblər ki, onlar bu işi dinlər arasında vəhdət mədəniyyətinin yayılması üçün edirlər. Amma siyasi müşahidəçilər deyirlər ki, Çin dövlətinin İslamla və ölkədə yayaşan müsəlmanlarla köhnə düşmənçiliyini nəzərə alsaq deyərə bilərik ki, bu addım çinli müsəlmanlar arasında İslam mədəniyyətini aradan götürmək üçün atılmışdır.



Çin müsəlmanları əksəriyyəti türkdilli uyğurlardan təşkil olunmuş 8 milyon cəmiyyətdir ki, Çinin şimal qərbində Sinkiyanq regionunda yaşayırlar.  



Sinkiyanq ya Şərqi Türküstan 1955-ci ildən müstəqil olmuş və həmin ildən də Çin dövlətinin təqib və təzyiqlərinə məruz qalmışdır.



İnsan Hüquqları Müdafiə komitələri həmişə Çinin terrorizimlə mübarizə bəhanəsilə dini azlıqlara qarşı bu cür addımlarını məhkum ediblər. 



1446410

Teqlər: çin ، uyğur ، nikah ، terror ، mədəniyyət ، İslam
captcha