IQNA

Quranın "mürəttəl" oxunuşu Əbdül-Basitin oğlunun səsi ilə yazıldı

22:44 - September 19, 2014
Xəbər sayı: 1451453
Beynəlxalq qrup: Bütün Quranın "tərtil" ilə oxunuşu misirli qari mərhum Əbdüs-Səməd Əbdül-Basitin oğlu Şeyx Tariqin səsi ilə yazıldı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ehram" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Bütün Quranın "tərtil" ilə oxunuşu "Qalunun Nafe` Mədənidən rəvayəti ilə" – (10 məşhur qiraət növündən biri) - misirli qari mərhum Əbdüs-Səməd Əbdül-Basitin oğlu Şeyx Tariq Əbdül-Basit Əbdüs-Səmədin səsi ilə yazıldı.



Quran qiraəti alimlərindən bir qrupu bu "mürəttəl" qiraəti təsdiq etmişlər. Quranın Şeyx Tariq tərəfindən tərtil oxunuşu Quran işlərinə məxsus peyk kanalları və radiolarından yayımlanacaqdır.  



Bundan öncə də Şeyx Tariq Əbdül-Basit Əbdüs-Səmədin səsi ilə Quranın mürəttəl qiraəti "Həfsin Asimdən rəvayəti" ilə xətm olmuşdu. Bu qiraət növü dünyanın ən yayılmış Quran qiraət növüdür və hal-hazırda da Quran kanalları və radiolarından yayımlanır.



1450928 

Teqlər: quran ، tərtil ، mürəttəl ، Əbdülbasit ، tariq ، iqna
captcha