İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran Quran ustadları arasında “Əkbərul-Qürra” və “Ustadul-əsatid” ləqəbi ilə tanınmış və bir çox Quran qariləri və Quran ustadlarının ustadı olmuş Quran xadimi Ustad İbrahim Pur Fərzib Mövlayi bu gün günorta saatlarında Haqqın dəvətinə “ləbbeyk” deyərək Məbudun hüzuruna getdi.
Bu böyük və dəyərli Ustad və “Ustadul-Əsatid” adı ilə məşhurlaşmış Quran xadimi bir müddət xəstəlikdən əziyyət çəkdikdən sonra 86 yaşında ikən vəfat edti.
Ustad Mövlayi Quran qiraəti üzrə kamil bir ustad idi. Quranın bütün tilavət və qiraət növlərinə kamil yiyələnmişdi. “Təhzibul-Qiraət” adında iki cildlik bir kitab yazmışdı ki, bu kitabda İslamın ilk əsrlərindən bu günədək bütün səhih qiraətlər toplanmışdı. Ustadın digər bir kitabı “Təcvidu Came” əsəridir.
Ustad bu həftənin Cümə günü Tehranın Şəriəti xiyabanında təşyi ediləcəkdir.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) bu böyük itkini Quran ictimaiyyətinə və Ustadın ailəsinə dərin hüznlə başsağlığı deyir. 1460251