IQNA

Abdulla Gül hərbi fakültədə çıxış edib

10:38 - June 27, 2010
Xəbər sayı: 1946371
İQNA - Türkiyə prezidenti terrorizm əleyhinə mübarizənin aparılmasını rəsmi Ankaranın hazırda əsas prioritetini təşkil etdiyini bildirib.
İRNA-nın Ankaradan verdiyi məlumata əsasən, Abdulla Gül cümə axşamı günü, iyunun 24-də Türkiyənin hərbi fakültəsində olarkən qeyd edib: Terrorizm əleyhinə mübarizə uzun bir prosesdir və Türkiyə hərtərəfli və möhkəm müqaviməti ilə bu fenomeni məhv edəcək.
Türkiyənin prezidenti dünyada soyuq müharibədən sonrakı dəyişikliklərə işarə edərək deyib: Hazırda dostla düşməni tanımaq xeyli çətindir.

Bu sözlər? Türkiyənin hökumət başçısı Rəcəb Tayyib Ərdoğanın buna oxşar söylədiyi sözlərindən bir gün sonra irəli sürülüb. Belə ki, Ərdoğan bəzi Avropa ölkələrini PKK-nın mövqeyini himayə etdiyi üçün qınayıb.
captcha