IQNA

İslam maliyyə sistemi bütün dünyada yayılmalıdır

12:49 - June 27, 2010
Xəbər sayı: 1946603
İQNA - Son illərdə Azərbaycanda maliyyə xidməti sənayesinin inkişafı üzrə intensiv işlər aparılır və bu istiqamətdə çox böyük uğurlar əldə edilib, - bazar ertəsi İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli İİB-in Bakıda keçirilmiş "Qlobal stabillik və inteqrasiyaya doğru" V qlobal forumunda deyib.
"Lakin biz görürük ki, islam maliyyə sistemi bizə dünya maliyyə böhranı dövründə zərbəyə qarşı davamlı olmağa kömək etdi", - İİB-ın prezidenti bildirib. - "Bizim hər birimizin qarşısında sənayenin və islam maliyyə sisteminin bütün dünya üzrə yayılmasını təmin etmək üzrə belə öhdəliklər vardır".

"Belə forumun keçirilməsi islam bank maliyyələşdirilməsinin geniş miqyasda yayılma prinsipləri üçün böyük imkanlar təqdim edir", - Əli hesab edir.

"İslam bank sistemi beynəlxalq səviyyədə bütün layihələrin maliyyələşdirilməsində böyük stabilliyi təmin edən variant təqdim edir", - İİB-ın rəhbəri belə hesab edir. - "Dünya maliyyə böhranı inkişaf edən və etməkdə olan ölkələr arasında böyük qarşıdurmaya gətirib çıxardı".

Bunu nəzərə alaraq, İİB-in prezidenti maliyyə əməliyyatları aparmaq və yüksək iqtisadi səviyyədə, şəriət qanunları əsasında islam maliyyə sistemini qəbul etmək təklifini irəli sürüb.

İİB prezidentinin fikrincə, islam maliyyələşdirilməsi ciddi maliyyə sisteminə böyük üstünlüklər verir.

"Bizim əsas məqsədimiz yeni maliyyə sisteminin qarışıq tipinin yaradılmasına aparan islam maliyyə sənayesində bütün incəlikləri başa düşməkdən ibarət olmalıdır", - Əli deyib.- "Məhz islam maliyyə sistemi dünya böhranının təzyiqlərinə qarşı dayanmağa yardım etdi".

"Mən ənənəvi maliyyə sisteminin islam sisteminə bütünlüklə keçirilməsinə çağırmıram; belə ki, bu, böyük səy və razılaşma tələb edir, lakin bank maliyyələşdirilməsində islam maliyyə sisteminin bəzi detallarının qəbul olunması mütləq yaxşı nəticələr verəcək", - bank prezidenti deyib.
captcha