Beynəlxalq sektor: 17 iyunda Britaniya paytaxtında “Qissələr gözəli: Yusif surəsinin təfsiri” adı altında elmi konfrans keçiriləcək. Tədbiri London Universitetində keçirmək nəzərdə tutulur.
İran Quran informasiya agentliyi İQNA-nın İidr agentliyinə istinadən verdiyi məlumata əsasən, tədbir Britaniya Quran araşdırmaları akademiyası tərəfindən planlaşdırılır. Konfransın məsulu Dəməşq əl-Fəth institutunun yetirməsi İmam Zilani Miyandır.