IQNA

Peyğəmbər (s) sünnəsinə xidmət mərkəzi

14:00 - July 03, 2010
Xəbər sayı: 1950005
Beynəlxalq sektor: Əl-Əzhər İslami Araşdırmalar Mərkəzi “Peyğəmbər (s) sünnəsi və sirəsi” mərkəzini fəallaşdırmaq məqsədilə onu “Peyğəmbər (s) sünnəsinə xidmət mərkəzi” adlandırmış və fəaliyyətlərini gücləndirmişdir.
İQNA xəbər agentliyi Ərəbistanın Əl-Vətən qəzetinə istinadən bildirir ki, öncəki mərkəz Peyğəmbərin yolu ilə bağlı şübhələri cavablandırmaq məqsədilə yaradılmışdı. Amma onun fəaliyyətləri qənaətbəxş sayılmayıb. Yeni mərkəz hazırkı dövrdə İslama qarşı yönəlmiş düşmən təbliğatlara, peyk kanallarının yaydığı şübhələrə cavab verəcək. Əl-Əzhər şeyxi yeni təsisastın yaranışı ilə bağlı çıxışında bildirib ki, Peyğəmbər sünnəsi İslamın ikinci əsas mənbəsidir və buna şəklk İslama şəkdir.

607797
captcha