IQNA

İstanbulda müsəlman gənclərin 4-cü toplantısı

13:24 - July 13, 2010
Xəbər sayı: 1955020
Beynəlxalq sektor: İDSB İslam qeyri-dövlət cəmiyyətləri ittifaqının təşəbbüsü ilə ötən gün İstanbulda müsəlman gənclərin 4-cü toplantısı işə başlayıb
İQNA İran Quran xəbər agentliyi Timeturk-ə istinadən xəbər verir ki, bu toplantı ildə iki dəfə 45 ölkədən 185 üzvün iştirakı ilə müsəlman ölkələrindən birində keçirilir. Dördüncü toplantının əsas mövzusu İslam mədəniyyətidir. 18-25 yaşlı iştirakçılar öz təcrübə və biliklərini müzkirəyə çıxarıb mübadilə aparırlar.
İDSB İslam qeyri-dövlət cəmiyyətləri ittifaqının baş katibi Necmi Sadıkoğlu mətbuatla söhbətində bildirib ki, toplantı dünya müsəlmanlarının yarısını təşkil edən gənclərin ruhiyyəsi ilə tanışlıq imkanı yaradır, onları İslam mədəniyyəti ilə yaxınlaşdırır.

613445
captcha