Beynəlxalq sektor: Qarilər və hafizlər Quranla ardıcıl və dərin rabitələrinə görə müsəlmanlar və qeyri-müsəlmanlar tərəfindən səfir sayılırlar. Bu səbəbdən də öz danışıq və rəftarlarına diqqətli olmalı, Quran təlimlərinə münasibətdə bədgümanlıq yaratmamalıdırlar.
İQNA İran Quran xəbər agentliyi 27-ci Qurani-Kərim müsabiqəsinin seneqallı iştirakçısı Bubəkr Cunədən müsahibə alıb. Gənc qari deyib: “Hafizlər, qarilər, Qurani-Kərimlə hər hansı şəkildə rabitədə olanlar üçün ən yaxşı yol ayələr haqqında düşünmək, ilahi kitabın göstərişlərini yerinə yetirmək, əməllərin hesabını aparmaqdır.“ Bubəkr Cunə bu sahə ilə rabitədə olanların Allah qarşısında böyük məsuliyyət daşıdığını bildirib. 10 yaşından Quran oxumağa başlamış və 2 ilə Quranı əzbərləmiş qari bütün uğurlarına görə Qurana minnətdar olduğunu qeyd edib.
614402