IQNA

Qurani-Kərimin təhrif olunmadığı bir daha sübuta yetdi

13:39 - August 15, 2010
Xəbər sayı: 1973785
Beynəlxalq sektor: Türkiyə Dəyanət qurumunun sabiq rəisi Təyyar Altıkulac 10 il davam etmiş araşdırmalardan sonra Quranın təhrif edilmədiyini təsdiqləyən sübutlarla çıxış edib.
İQNA İran Quran İnformasiya Agentliyi xəbər verir ki, Təyyar Altıkulac Türkiyə vəqf idarəsi və İKT-nin İRSİKA adı altında fəaliyyət göstərən «Beynəlxalq İslam mədəni irsini qoruma komissiyası»nın dəstəyi ilə 10 il davam edən araşdırmalarını başa çatdırıb. Alim öz işi haqqında deyib: “Araşdırma işinin əsasını bugünkü Quran nüsxəsinin İKT-nin ixtiyarında olan 4 qədim Quran nüsxəsi ilə nöqtə-nöqtə müqayisə etmək olub. Son qənaət budur ki, səmavi kitabımızda heç bir təhrif baş berməyib.”

633517
captcha