İQNA İran Quran İnformasiya Agentliyi İİİU mənbəsinə istinadən xəbər verir ki, konfrans Malaziya Beynəlxalq İslam universitetinin dəstəyi ilə baş tutacaq. Üç gün davam edəcək konfransda “İslam müəssisələri üçün mühasibat”, “Nəzəri və praktiki yöndən İslam mühasibatı”, Vəqf və Zəkat müəssisələrində mühasibat və müdiriyyət” və digər mövzular müzakirə ediləcək. Konfransının məqsədi mütəxəssisləri bir araya gətirmək və onların biliyindən faydalanmaqdır.
633532