İQNA İran Quran İnformasiya Agentliyi 18-ci Beynəlxalq Quran sərgisində Cameətul-Mustafa Universitetinin Türkiyə pavilyonunun məsulu Musa Günəşlə söhbətləşib. Musa Günəş bildirib ki, Əl-Mizan təfsirinin türkcəyə tərcüməsi işinə neçə illər öncə iki mütəxəssis başlayıb. Məsul 11 və 12-ci cildlərin ramazan ayında çapını Allahın tövfiqi sayıb. Təfsir Vahdettin İnce və Salih Uçan tərəfindən tərcümə edilib. İşin məsuliyyətini nəzərə alaraq onun gedişinə üç din alimi nəzarət edib. Bəzən çətinliklə üzləşən tərcüməçilər nəzarət heyətinin yardımından istifadə edib.
634386