IQNA

Almaniyada Türk-İslam İttifaqı təşkilatlarının seminarı

12:49 - August 21, 2010
Xəbər sayı: 1977768
Beynəlxalq sektor: Ötən gün Delmenhorst şəhərində Türkiyə Dəyanət qurumuna bağlı Bremen və Niedersachsen əyalətlərinin Türk-İslam təşkilatlarının seminarı işə başlayıb.
İqna İran Quran İnformasiya Agentliyi Haberler mənbəsinə istinadən bildirir ki, Delmenhorst şəhər məscidində baş tutmuş seminar Qurani-Kərimin tilavəti ilə işə başlayıb. Seminara qatılan təşkilatlar ramazan ayına aid proqramları araşdırıblar. Seminarda bütün Almaniya ərazisində fəaliyyət göstərən İslam qurumları mübarək ramazanla bağlı proqramların icrasına dəvət edilib.

637704
captcha