IQNA

Qurani-Kərimin 112 dilə tərcümələri ilə tanışlıq

13:51 - August 24, 2010
Xəbər sayı: 1980310
Beynəlxalq sektor: 18-ci Beynəlxalq Qurani-Kərim sərgisində tərcümə pavilyonunda səmavi kitabın dünyanın 112 dilinə tərcümələri nümayiş etdirilib.
İQNA İran Quran İnformasiya Agentliyi Tehranda sərginin keçirildiyi salondan xəbər verir ki, hər dil üzrə hazırlanmış tablolarda dil, həmin dildə danışan xalqlar, onların sayı, müsəlmanların sayı, tam tərcümələrin sayı, ilk tərcüməçi, ilk tərcümə tarixi, ən yaxşı tərcamələr haqqında məlumat verilir. Məsələn, ingilis dilinə aid tabloda göstərilir ki, İngiltərə, Amerika, Kanada, Avstraliya kimi ölkələrdə 10 milyondan çox müsəlman ingiliscə danışır. İngiliscə ən məşhur tərcümə Abdullah Yusif Əlinin və Mir Əhməd Əlinin tərcümələridir. Quran ingilis dilinə ilk dəfə 1648-ci ildə Londaonda Aleksandr Ras tərəfindən tərcümə edilib.

640052
captcha