IQNA

İslam ölkələri səfirləri İran iftar süfrəsinin qonağı

17:07 - September 01, 2010
Xəbər sayı: 1985798
Siyasi və İctimai şöbə: Tanzanyada İslam ölkələri səfirləri İran iftar süfrəsinin qonağı olacaqlar. Bu da siyasi və mədəni şəxsiyyətlərin görüşü İslam ölkələrinin yaxınlaşması, fəaliyyətlərin güclənməsi və digər sahələrə yardımçı olacaq. Mustafa Rəncbər Şirazi belə deyib.
İQNA Quran Xəbər Agentliyinin Tanzanyadan verdiyi məlumata görə, İranın Tanzanyadakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Mustafa Rəncbər Şirazi bildirib ki, bu iftar süfrəsində Tanzanyanın tanınmış siyasi ictimai şəxsiyətləri və İslam ölkələrinin səfirləri iştirak edəcəklər.
Rəncbər keçən həftənin cümə günü Tanzanyanın mədəniyyət və dini şəxsiyyətlərinin iştirakı ilə eləcədə darus-salamın müftisinin iştirakı ilə İran səfirliyində iftar süfrəsinin təşkil edildiyini bildirib.
Diplomat Tanzanyada Xucə isna əşəri şiələrinin “Məhfili Abbas” adlı məhəllədə təşkil etdikləri iftar süfrəsində də İslam ölkələrinin səfirlərinin iştirak etdiyini deyib. O bildirib ki, bu məclisdə Tanzanya şiələrinin rəhbəri Murtaza Əli Dunya Tanzanyanın sabiq prezidenti Əli Həsən Muini və digər şəxslər çıxış ediblər.
646097
captcha