IQNA

Rusiyada İslam bankları təsis olunacaq

14:29 - September 09, 2010
Xəbər sayı: 1991100
Beynəlxalq şöbə: Rusiyada İslam Banklarının təsis edilməsinə maraq artıb.
İQNA Quran Xəbər Agentliyinin Rusiyanın Telegraf qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyada İslam Banklarının təsis edilməsinə maraq artıb. Məlumata əsasən, Rusiyada 20 milyon müsəlman yaşayır. Elə buna görə də Rusiya həm müsəlmanlar, həm də öz bazarı üçün İslam bankları yaradır.
Rusiyanın İslam Biznesinə və Maliyyə İnkişafları Fonduna rəhbərlik edən Linar Yakupov bu barədə şərh verərək qeyd edib: "Bu yaxınlarda halal qida istehsalçıları üçün mərkəz açıldı. Və Kazanda yerləşdirildi. İndi də İslam bankı yaratmaq fikrindəyik".

captcha