IQNA

Bosniyada Quranla əlaqəli məhsulların sərgisi təşkil edilib

13:59 - September 10, 2010
Xəbər sayı: 1991203
Mədəniyyət və incəsənət şöbəsi: İranın Bosniyadakı mədəniyyət mərkəzinin dəstəyi ilə Mübarək Ramazan bayramı münasibəti ilə Quran məhsulları adlı sərgi təşkil edib.
İQNA Quran Xəbər Agentliyinin İslami əlaqələr və mədəniyyət şöbəsinin məlumatına görə, bu sərgi müqəddəs Qurani-kərimin oxunuşu ilə başlayıb. Sərgidə Quran eləcədə Qurana aid dini, məzhəbi kitablar sərgilənib.
Sərgidə Dünya Əhli-Beyt cəmiyyətinin və Əlhuda beynəlxalq nəşriyyatı tərəfindən işıq üzü görmüş İngilis, Rus, Türk, Fransa, İtalya və İspan dillərinə tərcümə edilmiş Quran nəşrləri də sərgilənib.
Bu sərgidə Qurana aid müxtəlif adda təfsir, hədis diskləri də ucuz qiymətlərlə sakinlərin ixtiyarına verilib.
Səid Rzainin gözəl xətlə yazılmış əsərləri də sərgiyə xüsusi gözəllik və cazibə bəxş edib. 651197
captcha