IQNA

9:49 - October 07, 2010
Xəbər sayı: 2008109
İslami mədəniyyət, elm və təhsil təşkilatı (İSESCO) ötən gün bəyanat yayaraq Fələstində “Beyt Ləhm” şəhərinin cənubunda yerləşən “Beyt Fəcar” kəndində “Əl-Ənbiya” məscidinin yandırılması və bu məsciddəki Quranların yandırılmasını tənqid edib.
İQNA Quran agentliyinin İSESCO-ya istinadən məlumat verir ki, İSESCO-nun bəyanatında bildirilir ki, məscidlərin yandırılması üçün öncədən planlaşdırılımış hücumlar, dini dəyərləri təhqir etmək və dini azadlığa zidd hərəkətdir və bu kimi hərəkətlər beynəlxalq qanunların aşkara pozulması deməkdir.
Bəyanatda bildirilir ki, Qəzza zolağında məskunlaşmış sionist şəhərciklərinin sakinləri Fələstinin müsəlman vətəndaşları üçün ciddi təhlükədir. Bu kimi hərəkətlərin baş verməsi bir daha sübut etdi ki, regionda sionist şəhrək sakinlərinin olması beynəlxaql qanunlara ziddir.
İSESCO öz bəyanatında həmçinin bildirir ki, sionist şəhrək sakinlərinin məscidləri yandırması və Qurani – Kərimi təhqir etmələri onların Fələstinin məzlum xalqına qarşı nifrət və zülmün bariz nümunəsidir.
İSESCO bütün beynəlxaq təşkilat və qurumları bu çirkin hərəkəti pisləməyə çağırıb. İSESCO təşkilatlardan istəyib ki, bu hərəkəti törədənlərin cəzalandırılmasına istəsinlər.
669401
Ad:
E-poçt:
* Comment:
* captcha: