IQNA

23:20 - October 09, 2010
Xəbər sayı: 2009487
Beynəlxalq şöbə: oktyabrın 29-31-də Belçikada " Avropada islam yeni mərhələdə" adlı ilə beynəlxalq konfrans təşkil olunacaq.
İQNA Quran agentliyinin Muhit xəbər saytına istinadən məlumatına əsasən, bu konfrans Avropa İslam Konfransı və İslami təbliğat beynəlxalq birliyi tərəfindən təşkil olunacaq.
Fransa İbn Sina sosial elmlər mərkəsinin direktoru Məhəmməd Bəşari konfrans haqda bildirib ki, Belçika hazırda Avropa Birliyinin sədri olduğu üçün biz bu konfransı məhz Belçikada keçiriləməsini nəzərdə tutmuşuq. "Ümid edirəm konfransda göstəriləcək çıxış yolları və veriləcək qərarlar Avropa Birliyinin avropa ölkələrində yaşayn müsəlmanların vəziyyətinin yaxşılaşdırılması üçün verəcəyi qərarlarda müsbət rol oynayacaq", -deyə Bəşari deyib.
O əlavə edib ki, konfransın keçirilməsi Avropada islamofobiyanın yaranması və müsəlmanların Avropada gələcək yaşamsını araşdırmaq üçün yaxşı fürsətdir. "Konfransın təşkilindən məqsəd İslamın düzgün Avropaya çatdırılması, ifratçı olmaması, və dinlərin müştərək dəyərlərə sahib olduğunu təqdim etməkdir", -deyə Bəşari deyib.
Konfransda Avropa İslami Təşkilatlarından, İslam Konfransı Təşkilatından, Belçika daxili işlər nazirliyi və prokrorluğundan və Avropa Birliyindən nümayəndələr iştirak edəcək.
670767

Ad:
E-poçt:
* Comment:
* captcha: