İQNA Quran agentliyinin “Gulf Times” qəzetinə istinadən məlumat verir ki, bu konfrans “Beytul-Məşvərət” maliyyə müşavirə şirkəti tərəfindən Qətərin xarici işlər naziri və baş naziri Həmd bin Casim bin Cəbr Ali Saninin dəstəyi ilə oktyabr ayının 20-21-də Duha şəhərində keçiriləcək.
“Beytul-Məşvərət” maliyyə müşavirə şirkətinin rəisi Üsamə Qeys Əl-Dərii bildirib ki, iki günlük konfransda islam ölkələri və digər ölkələrin bank sector işçiləri və tacirləri iştirak edəcək.
O əlavə edib ki, konfransın keçirilməsindən məqsəd islami iqtisad sahəsində mövcud vəziyyətin araşdırılması, qarşıdakı çətinliklər, dünyada mövcud iqtisadi sistemin əvəzinə islami iqtisad sisteminin istifadə edilməsi və islami maliyyə müəssisələri arasında əməkdaşlıqların inkişaf etdirilməsidir.
Konfrans dörd “İslami iqtisad və islam ölkələri iqtisadiyyatı”, “İslami iqtisad və dünya iqtisadiyyatının inkiafı”, “islami maliyyə müəssisələri və hökumətlərin problem” və “islami iqtisad və ictimaii məsuliyyətlər” mövzular araşdırılacaq. 673611