İQNA Quran agentliyinin “beytolzahra-paris” saytına istinadən məlumatına əsasən, bu şənlik İran İslam Respublikasının Parisdəki səfirliyi, tələbələr ,Fransada yaşayan İranlılar digər müsəlmanların iştirakı ilə Beytul-Zəhra hüseyniyyəsində təşkil olunacaq.
Şənlik Qurani – Kərimin oxunması ilə şam və işa namazlarından sonar başlayacaq. Şənlikdə İmam Rza (ə)-ın həyatı və şəxsiyyəti ilə bağlı çıxışlar oluancaq. İmam Rza (ə) –ın vəsfində dini mahnılar və şerlər səslənəcək. 673493