IQNA

Moskvada Beynəlxalq Qurani-Kərim yarışması təşkil olunacaq

11:18 - October 20, 2010
Xəbər sayı: 2016466
Beynəlxalq şöbə: Rusiyada beynəlxalq Qurani Kərim yarışması oktyabrın 25-də Moskvada keçiriləcək. Quran yarışması Rusiya Müftilər Şurası və İslam Konfransı Təşkilatının dəstəyi ilə Moskvada keçiriləcək.
İQNA Quran agentliyi Misirin “Əl-Yəvmul-Sabe” qazetinə istinadən məlumat verir ki, Rusiya Müftilər Şurası dünyanın bir çox ölkələrindən Quran qarilərini bu yarışlara dəvət edib.
Məlumata əsasən, bu ilki yarışlarda dünyanın 30 ölkəsindən Qarilər Qurani Kərimi tilavət edəcək.
Quran yarışması çərçivəsində həmçinin Tatarıstan və İrandan təvaşih qurupları proqramlar icra edəcəklər.
678133
captcha