IQNA

Fransada məscid yandırılıb

13:27 - October 20, 2010
Xəbər sayı: 2016617
Beynəlxalq şöbə: Fransa müsəlmanlarının regional şurasının sədri (CRCM) Dəris Ayaşur bildirib ki, oktyabr ayının 18-də ALzas regionunda "Ulu came" məscidində yanğın törədilib.
İQNA Quran agentliyi Fransanın AFP xəbər saytına istinadən məlumat verir ki, Ayaşur bildirib ki, oktyabrın 18-də naməlum şəxslər səhər məscidin qapısını sındıraraq məscidin içərisinə alışdırıcı maddə atıblar.
Ayaşur bəşəriyyətə zidd bu hərəkəti pisləyib. O Alzas regionunda yaşayan müsəlmanlardan istəyib ki, bu cür hərəkətlərlə zorakılıq və irqçilik törətmək istəyənlərin qarşısında birliklərini hifz etsinlər.
Fransada yaşayn türklərə aid olan bu məscidin imamı Ömər Yıldırım bildirib ki, məsciddə gizli kameralar yerləşidirilib, lakin hava qaranlıq olduğu üçün hadisəni törədənlərin sifətlərini görmək mümkün deyil.
O əlavə edib ki, hadisə ilə bağlı polisə müraciət etmişik və polis hadisəni araşdırır.
İnanıram ki, Fransa polisi bu yanğını törədən cinayətkarları həbs etmək üçün əlindən gələni edəcək, -deyə Yıldırım deyib.
678151
captcha