IQNA

Londonda Ərəb dili və İslami elmlərin öyrənilməsi kursları təşkil olunacaq

19:47 - October 26, 2010
Xəbər sayı: 2020349
Beynəlxalq şöbə: London islami –mədəniyyət mərkəzində oktyabr ayının 28-dən noyabrın 1-nədək Ərəb dili və islami elmlərin öyrənilməsi kursları təşkil olunacaq.
İQNA Quran agentliyi İSESCO –ya istinadən məlumat verir ki, bu dərslər İSESCO və Qranada təhsil müəssisənin təşəbbüsü ilə təşkil olunub. Kursun təşkilindən məqsəd müxtəlif təşkilat və birliklərin bu sahədə çalışan mütəxəssislərinin təcrübə toplaması, Ərəb dilinin öyrənilməsi qaydalarının inkişafı və Avropa ölkələrində islami elmlər və ərəb dili kurslarını təşkil edən təhsil ocaqları arasında təcrübə mübadiləsi aparmaqdır.
Bu kurslarda Böyük Britaniyanın müxtəlif bölkələrində çalışan 30-ya yaxın müəllim və təşkilat sədri iştirak edir. Onlar beş gün müddətində öz təcrübələrinia bölüşəcəklər. Ərəb dili və İslami elmlərin öyrənilməsinda yarana biləcək problemlərin həlli yollarını araşdıracaqlar.
Kursda həmçinin Qərb ölkəlrəində Ərəb dilli kitabların xüsusiyyətləri, Böyük Britaniyada islami elmlərin öyrənilməsində Ərəb dilindən istifadə və şagirdlərin danışıq qabiliyyətini yoxlanılması araşdırılacaq. 680377
captcha