İQNA Quran agentliyi Maleziyanın Bernama agentliyinə istinadən məlumat verir ki, Moldava İslami Bankçılıq müəssisəinin rəhbəri və İBFIM-in rəhbəri ötən gün Maleziyada keçirilən İslami beynəlxalq iqtisad iclası çərçivəsində Moldavada islami bankın təsis olunması haqda sənəd imzalayıblar.
“Moldava islami bankının gələcək prespektiv proqramında nəzərdə tutulub ki, bu bank yaxın üç il ərzində ölkənin 25 faiz pul bazarını təmin edəcək”, -deyə Moldava İslami Bankçılıq müəssisəinin rəhbəri Xalid Əlbudi bildirib.
Moldava İslami Bankı 2011-ci ilin əvvəlində öz işinə başlayacaq və 2012-ci ilin əvvəlində ilk nümayəndəliyini bu öklədə təsis edəcək.
Moldava ölkəsində 330 min nəfər müsəlman yaşayır.
683495