IQNA

Avropanın tanınmış qadınlarının İslama marağı artıb

14:23 - October 28, 2010
Xəbər sayı: 2021244
Beynəlxalq Şöbə: Böyük Britaniyanın “YouGov” araşdırma müəssisəsi məruzə yayıb. Məruzədə Avropanın ziyalı qadınlarının gündən-günə İslam dininə marağının artıdığı bildirilir.
İQNA Quran Agentliyi Zaman qəzetinə istinadən məlumat verir ki, Avropa ölkələrində islamofobiya geniş miqyasda təbliğ olunur, lakin buna baxmayaraq bu ölkələrdə islami din kimi qəbul edənlərin sayı da gündən-günə artır.
Məruzədə bildirilir ki, dünya dinləri arasında İslam dini daha çox kütlə arasında geniş yayılıb. Bu arada Avropanın tanınmış və ziyalı qadınları daha çox islam dinini qəbul edirlər. Yeni islam dinini qəbul etmiş şəxslər dini ayinləri yerinə yetirməyə daha məsuliyyətli yanaşırlar. Bu şəxslər irqçilik və islam dininə qarşı hörmətsizliklərə tez reaksiya verirlər. Məruzədə həmçinin bildirilir ki, Böyük Britaniyanın irqçi qrupları elan ediblər ki, yaxın günlərdə İslamın əleyhinə mitinq təşkil edərək islam dinini qəbul edənlərə öz etirazlarını bildirəcəklər.
683528
captcha