İQNA Quran agentliyi ISESCO saytına istinadən məlumat verir ki, bu bəyanatda həmçinin bildirilir ki, bu kimi hərəkətlər terrorist və cinayətkarlara məxsus hərəkətdir və İslam dini bu kimi hərəkətləri pisləyir. Bu cinayəti törədənlər cəzalandırılmalıdırlar.
Bəyanatda həmçinin bildirilir ki, Quranın Maidə surəsinin 32-ci ayəsində gösətərildiyi kimi, İslamda qan tökmək haramdır. ISESCO təşkilatı ibadət ocaqlarına (məscid və ya kilsə) edilən hücumları bəşəriyyətə xəyanət kimi dəyərləndirir və bu kimi hərəkətlər cinayətkarlara məxsus hərəkətlərdir.
Qeyd edək ki, bazar günü silahlı şəxslər İraqın birjasına hücumları baş tutmadığı üçün “Seyiddətul-Nəcat” kilsəsinə hücum edərək onlarla keşişi girov götürüb. Beynəlxalq KİV-lərin məlumatına əsasən, həmin hadisə zamanı 27 nəfər həlak olub. 687852