İQNA Quran agentliyinin Qum şəhər bürosunun məlumatına əsasən, konfransda Ərəb dili tərcümə müəllimi və Qurani Kərimin tərcüməsinin editoru Əhməd Şəhdadi çıxış edib. O bəyan edib ki, Qurani Kərimin tərcüməsində bəzi mətləblər itirilir və bu Quranın tərcüməsində çox aşkar görülüb.
Şəhdadi əlavə edib ki, teorik baxımdan əlverişli məntiq və dəlil elmlərinə sahib olmadan Qurani Kərimi tərcümə etmək böyük səhv addımdır və bu cür tərcüməçilərin işində səhvlər çox olur.
Şəhdadi bildirib ki, Qurani Kərimi o kəslər yaxşı tərcümə edə bilər ki, Quran ayələrinin növü və səbki (bəyan tərzi) ilə tanışlığı olsun. Ona görə ki, İslamın əvvəlində nazil olmuş ayələrin bəyan tərzi ilə Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi dövr və Mədinədə olduğu dövr ayələrinin bəyan tərzində fərq var.
Şəhdadi əlaəv edib ki, Qurani Kərimi tərcüməçisi gərək bəlağət elmi, təfsir, kalam və fəlsəfə elmləri ilə tanışlığı olsun, bu elmləri bilməyən Quranı tərcümə edə bilməz.
O əlavə edib ki, əlbətdə bu elmlərlə yanaşı tərcüməçi öz ana dilini və tərcümə edəcəyi dili çox yaxşı bilməlidir. 688600