İQNA Quran agentliyi “Əxbarul-Aləm” xəbər saytına istinadən məlumat verir ki, Ərdoğan ötən gün İStanbul qadınlarının beynəlxalq iclasında çıxış edib. O çıxışında deyib ki, haqqı bağışlamırlar, haqqı alırlar, müsəlman qadınlarının hicabı onların haqqıdır və alınmalıdır.
Ərdoğan Türkiyə ali təhsil ocaqlarında hicabın qadağan olunmasını pisləyib. “Bu məsələ vicdan və insane dəyərlərə ziddir”,-deyə Ərdoğan deyib.
O Türkiyədə olan hicablı qadınları öz hüquqlarını müdafiə etməyə çağırıb. “Gözləməyin kimsə sizin haqqınız olanı sizə versin, birlikdə bu haqqı əldə etmək üçün mübarizə edin”, -deyə Ərdoğan deyib.
İstanbul qadınlarının beynəlxalq iclası ötən gün “İstanbul, 2010-cu ildə Avropa mədəniyyət paytaxtı” mədəni proqromlar çərçivəsində təşkil olundu. İclas İStanbul qadınlar araşdırmalar mərkəzinin təşəbbüsü ilə təşkil olunub. 689709