IQNA

Məkkədə “İslama dəvət” radiosu fəaliyyətə başlayıb

9:55 - November 16, 2010
Xəbər sayı: 2032956
Beynəlxalq şöbə: Məhərrəm ayının əvvəlindən Məkkədə “İslama dəvət” radiosu fəaliyyətə başlayacaq.
İQNA Quran agentliyi “Spa” agentliyinə istinadən məlumat verir ki, bu islami radio islam dinin əsaslarını təbliğ etmək və Qurani Kərimin tilavətini tanınmış qarilərin səsləri ilə yayımlamaq məqsədi ilə öz işinə başlayır.
“İslama dəvət” radiosunun proqramları ilk günlər sutkada 12 saat yayımlanacaq və sonradan bu radionun proqramları 24 saatlıq yayımlanacaq.
Qeyd edək ki, bu islami radio Səudiyyə Ərəbistanın padşahının göstərişi və bu ölkənin mədəniyyət və rabitə nazirliyinin dəstəyi işə fəaliyyətə başlayır. 696188
captcha