IQNA

“Azərbaycan Respublikası şiələri” adlı kitab çap olunub

11:28 - November 17, 2010
Xəbər sayı: 2033485
Beynəlxalq şöbə : Vəlid Cəbbarinin şəmsi 1389-cu il (miladi 2010) mehr ayında tərtib olunmuş “Azərbaycan Respublikası şiələri” kitabı fars dilində İranın Şiəşünaslıq müəssisəsinin himayəsi ilə nəşr edilib.
İQNA Quran agentliyi islamtimes saytına istinadən məlumat verir ki, 1500 tirajla çap edilmiş kitab 45000 riala (4.5 dollara) satışa verilib. Kitab 10 fəsildən ibarətdir: Azərbaycan Respublikasında şiəliyin tarixçəsi, coğrafi durum, təbiət, cəmiyyət, iqtisadi struktur, siyasi durum, təlim-tərbiyə və ali təhsil, mədəniyyət, şiə ruhani təşkilatı, İran İslam Respublikası və Qum Elm Hövzəsi ilə rabitələr, nəticə və təkliflər, mənbələr.
Hazırkı kitabda informasiyaların toplanması üçün müxtəlif üsullardan istifadə edilmişdir. Sosiologiyada xüsusi əhəmiyyət kəsb edən sosioloji sorğular aparılmışdır. Daha böyük qruplar arasında müqayisə aparılarkən dəqiqlik gözlənilmiş, məqsədə çatmaq üçün sorğular keçirilmişdir. Sorğuların özündə də müxtəlif üsullar diqqəti çəkir. Bu qəbil mütaliə ictimai səhnədə, kitabxanalarda mütaliənin, müşahidə və sorğularla mtaliənin tərkib hissəsidir. Yazıda Qafqaz problemləri üzrə ekspertlər, ruhani tələbələr və universitet tələbələri, səyahətçilər və ziyarətçilərlə müsahibələr də təhlil edilmişdir.
Müəllif şəmsi 1386-cı ildən başlayaraq doktor Məhmud Təqizadə Davərinin elmi və mənəvi dəstəyi sayəsində qeyd olunan sahədə fəaliyyət göstərmişdir. O, Azərbaycan Respublikasında ictimai-siyasi və dini durumu dəyərləndirmək üçün lazımi araşdırmalar aparıb. Bu barədə xüsusi bir kitab tərtib edilib. Sosioloji metodlarla şiə cəmiyyətinin öyrənilməsi universitet araşdırmaları üçün də faydalı ola bilər.
captcha