IQNA

Iran prezidenti Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub

16:52 - November 18, 2010
Xəbər sayı: 2033661
Beynəlxalq şöbə: İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olub.
İQNA Quran agentliyinin Azərbaycanın Azərtac dövlət agentliyinə istinadən məlumat verir ki, qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
Əhmədinejada məlumat verilib ki, prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, onun ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlər əlavə olunub. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə edilib.
Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında qonağa ətraflı məlumat verilib. İran prezidenti burada nümayiş olunan qədim Quran" əlyazmaları ilə tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ona xatirə hədiyyələri təqdim edilib.

captcha