IQNA

Əl-Mustafa (s) Hədis və Quran olimpiyadasında kişilər arasında yarışma başa çatıb

23:15 - November 22, 2010
Xəbər sayı: 2036170
Beynəlxalq şöbə: Qum şəhərində təşkil olunun Əl-Mustafa Beynəlxalq Universitetinin XVI Hədis və Quran olimpiyadasında kişilər arasında yarışma noyabrın 21-də axşam başa çatıb.
İQNA Quran agentliyinin məlumatına əsasən, sonuncu yarışmaçı Sudandan olan tələbə Cabir İbrahim idi. O Qurani Kərimin 15 cüzünün əzbər oxunması üzrə yarışmada iştirak edir və münsiflərin suallarını cavablandırıb.
Kişilər arasında yarışmanın sonunda, münsiflər heyətindən cənab Səidiyan Qurani Kərimdən ayələr tilavət edib və iştirakçıların alqışına səbəb olub. Yarışın sonunda İmam Hadi (ə) miladı münsibəti ilə mədhlər oxunub və şənlik təşkil olunub.
Əl-Mustafa Beynəlxalq Universitetinin XVI Hədis və Quran olimpiyadasında qadınlar arasında yarışlar noyabrın 22-də keçiriləcək. 699609
captcha