IQNA

Qurani Kərim səsli kitab formasında, ən çox satılan kitablar sırasında

0:24 - November 24, 2010
Xəbər sayı: 2037009
Beynəlxalq şöbə: ABŞ-ın “Trut lik media” şirkəti “Qurani Kərimi” səsli kitab formasında “audible.com” saytında yerləşdirib. Bu kitab həmin saytda noyabr ayı ərzində səsli kitablar arasında ən çox oxunan kitab olub.
İQNA Quran agentliyi “American Consumer News” saytına istinadən məlumat verir ki, Qurani Kərimin səsli kitab formasında Alek Sand 14 saat 40 dəqiqə ərzində qiraət olunub. Kitab audible.com saytının məzhəb və mənəviyyat ölməsində yerləşdirilib və kitabın tanıtımı üçün belə yazılıb: Qurani Kərim səmavi kitabların arasında ən təsir edici kitabdır. Bundan başqa Qurani Kərim ədəbiyyatda misilsiz bir əsərdir . Bu kitab 1400 il bundan öncə Cəbrail (ə) vasitəsi ilə İslam Peyğəmbərinə nazil olub. Kitab dünyanın bütün müsəlmanları tərəfindən səmavi və ilahi kəlam kimi rəsmiyyətə tanınır.
Audible.com saytı ABŞ-ın tanınmış online satış həyata keçirən ən böyük şirkəti Amazon.com –a aiddir. Bu sayt səsli kitablar, radio və televiziya verlişləri və jurnal və qəzetlərin səsli nüsxələrinin satışını həyata keçirir. 700492
captcha