İQNA Quran agentliyinin islam-azeri.az saytına istinadən məlumat verib ki, Qədir-Xum bayram münasibəti ilə Bakının Yeni Günəşli qəsəbəsində Fatime Zəhra məscidinin dindarları bayram tədbiri keçiriblər. Tədbirdə 500 dən çox mömin və möminə iştirak edib.
Tədbir Quran tilavəti ilə başlayıb. Sonra tədbirin təşkilatçılarından olan kərbəlayi İlqar qonaqları bu gün münasibəti ilə təbrik edib. Daha sonra Hacı Səxavət Əliyev toplaşanlara Qədir-Xum haqqında məlumat verib. Ondan sonra Hacı Zülfüqar Mikayilzadə Qədir-Xum hadisəsi ilə əlaqədar Quran ayələrindən və eləcə də dövrümüzün ən mühüm məsələlərindən olan hicab problemindən danışıb. Tədbirə qatılan "Nur" və Əhli-Beyt" ilahilər qruplarının surudları və seyid Nurəddinin oxuduğu qəzəl böyük maraqla qarşılanıb.