IQNA

İçərişəhər “Cümə” məscidinin dini icması Qədir-Xum bayramını qeyd edib

10:30 - November 27, 2010
Xəbər sayı: 2037916
İçərişəhər "Cümə" məscidinin dini icması Qədir-Xum bayramını münasibəti ilə şənlik tədbiri düzənləyib.
IQNA Quran agentliyi deyerler.org saytına istinadən məlumat verir ki, tədbir ənənvi olaraq, Qurani-Kərimin tilavəti ilə başlayıb Sonra yüzlərlə icma üzvü dövlət himnini birgə oxudular.
“Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupu, tədbirə böyük bayram çələngi ilə gəlmişdi. “Ecazına aləm heyrandır”, “Əs-səlam”, “Əli (ə) kimi mövlası olan ümmət”, “Ondan istə, hacət-rəvadır”, “Mən elmin şəhəriyəm”, “Qadının zinəti - hicab”, “Cümə əhli” kimi bədii kompozisiyalar bayram törəni iştirakçılarının zövqünü oxşadı.

Bayrama toplaşanların qarşısında çıxış edən İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu, bayramın fəlsəfəsindən danışdı “Bu bayramı yaşatmaq üçün, Əli (ə) vilayətinin necəliyini bilmək gərəkdir. Əli (ə) vilayətində hər şey vardır: elm, prinsipiallıq, mövqelilik, rəhm, səxavət, mötədillik, şəfqət, zülmün qarşısında duruş, kasıba əl tutmaq və bir çox bağqa nəcib keyfiyyətlər. Cəng meydanında düşməni lərzəyə salan Əli (ə), yetim bir uşaq gördükdə, mütəəssirlikdən dizləri əsirdi. Həyatın hər bir səhnəsində kamil insan olmaq məktəbidir bu məktəb. Allah Təala cəmi ümmətə bu məktəbin layiqli şagirdi olmaq tofiqatını qismət etsin!”, -deyə Hacı İlqar İbrahimoğlu deyib.
Tədbir, cəmlə “Fərəc” duasının oxunması ilə yekunlaşdı.
captcha