Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışmasının təşkilatçı katibi İsa Əlizadə İQNA Quran agentliyi ilə müsahibəsində bildirib ki, həmin yarışmalarda iştirak etmək üçün hər bir ölkədən Quranın əzbər oxuma fənni üzrə bir nəfər və Quranın qiraəti üzrə bir nəfərin iştirakı nəzərdə tutulub. Yarışlar iki ildən bir təşkil olunur. Bunu nəzərə alaraq lazımdır ki, İrandan bu yarışlara qatılmaq üçün nümayəndənin göndərilməsi məqsədi ilə imtahanın keçirilməsi labüddür.
O əlavə edib ki, 2008-ci ildən indiyədək ölkə daxilində iki dövr Quran yarışları keçirilib. “Bu yarışlarda qalib gəlmiş şəxslər dekabr ayının ortalarında keçirilən imtahanlara qatılacaq. İmtahanlar ölkənin Tələbələrin Quran Fəaliyyətləri Təşkilatının ofisində əzbər oxuma (hifz) və qiraət fənnləri üzrə hakimlərin iştirakı ilə keçiriləcək”, -deyə Əlizadə deyib.
O əlavə edib ki, imtahanda iştirak etmək istəyən şəxslər tələbə olduqlarına dair sənədlərini təqdim etməldir. “Əgər birinci yerin qalibləri arasında tələbələr olmazsa onda ölkənin Quran yarışlarında ikinci yeri tutmuş və hələdə tələbə olan şəxslər imtahana buraxılacaq”, -deyə Əlizadə deyib.
Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışmasının təşkilatçı katibi İsa Əlizadə əlavə edib ki, baxmayaraq ki, bu dövr yarışlara qadınların da qatılması üçün hazırlıq işləri görülmüşdü və bəzi ölkələrdən qadın nümayəndələrdə təqdim olunmuşdu, lakin sonradan bu ilki yarışların ancaq kişilər üçün keçirilməsi qərara alındı.
Əlizadə əlavə edib ki, çalışırıq ki, tələbələrin gələn dövr Quran yarışmasında qadınlar da iştirak etsin.
Müsəlman Tələbələrin III dövr beynəlxalq Quran yarışması dünyanın 40 ölkəsindən müsəlman tələbələrin iştirakı ilə 2011-ci ilin yanvar ayının 9-12-də İranın Məşhəd şəhərində keçiriləcək. 701879